27 iyul 2024. Şənbə

"Ulduz" Futbol Akademiyasında 2024-cü ilin hazırlıqları davam edir.

Yeni futbolçuların seçimi davam edir


  • Offside
  • 13:45 11.01.2024
  • Oxunma sayı: 290
"Ulduz" Futbol Akademiyasında 2024-cü ilin hazırlıqları davam edir.

"Ulduz" Futbol Akademiyasında 2024-cü ilin hazırlıqları davam edir

90deqiqe.az xəbər verir ki, ötən ilin oktyabrında rəsmi olaraq fəaliyyətə başlayan "Ulduz" futbol akademiyasında seleksiya işləri davam edir. Yanvarın 8-də start götürən seçimlərdə aşağı yaş qruplarında olan uşaqlar iştirak edirlər. Məşq prosesində həm paytaxtdan, həm də regionlardan 40-dan çox uşaq qatılıb. Burada balacalar öz bacarıqlarını nümayiş etdirir, məşqçilərin tapşırıqlarını yerinə yetirirlər. Seçim prosesinin ilkin mərhələsi əvvəlcə iştirakçıların öz arasında keçirilir. Bu pilləni uğurla keçənlər isə artıq akademiyanın müvafiq yaş qruplarına uyğun komandalarında ikinci mərhələyə başlayır. İştirakçılar yalnız hər iki mərhələnin tələbələrinə cavab verdiyi təqdirdə onlarla akademiya tərəfindən müqavilə bağlanır. Bundan sonra futbolçu ona uyğun komandada yerini alır.

Qeyd edək ki, artıq 4 gündür start götürən seleksiya prosesi yanvar ayının sonlarına qədər davam edəcək.







Offside