- Offside
- 13:25 24.11.2024
Hazırda dünya futbolunda işsiz baş məşqçilərinin sayı çoxdur.
90deqiqe.az Titullu mütəxəssislər olan indi isə işsiz qalan çalışdıcılar haqqında araşdırma etmişik. Həmin yazını təqdim edirik :
İşsiz baş məşqçilər siyahısına baxdıqda gözə çarpan ilk ad əlbəttə ki, Zinəddin Zidandır. Oyunçu kimi tarixin ən yaxşılarından hesab olunan Zidan baş məşqçi karyerasında da, qısa müddətdə futbol olimpinə yüksəldi. Onun rəhbərliyi altında “Real Madrid” 4 mövsümdə 2-si Laliqa çempionluğu, 3-ü Çempionlar liqası qalibiyyəti olmaqla 11 kubok qazandı. Zidan özü də bir çox fərdi mükafata laiq görüldü. Fransalı mütəxəssis 2021-ci ildə “kral klubu”ndan ayrıldıqdan sonra boşdadır. Son iki ildə “Mançester Yunayted”, “Çelsi”, PSj, Yuventus kimi komandalar onu sükanı arxasında gətirmək istəsə də, Zidan bütün təkliflərdən üz döndərdi. Bir çoxları Zizunun ölkəsinin millisində işləmək istədiyini qeyd edir. “Xoruzlar”ın hazır ki, baş məşqçisi Didye Deşam AVRO-2024-dən sonra işindən ayrılacaq. Gözləndiyi kimi Zinəddin Zidan boş qalan yerə ən real namizəddir. Onu bu vəzifədə görmək istəyənlər çoxdur. Hətta keçən il Zidanın namizədliyinə qarşı sərt fikirlər söyləyən Fransa futbol federasiyasının prezidenti Noel Le Qre tənqidlərə dözməyib, istefa vermişdi. Görünən odur ki, əfsanə karyerası ilə bağlı son qərarını yayda verəcək.
İş axtaran digər bir top baş məşqçi Antonio Kontedir. “Yuventus”, “İnter” və “Çelsi”də qazandığı uğurlarla adından söz etdirən Konte sonuncu dəfə “Tottenhem”də çalışıb. Ancaq komandanın istənilən səviyyədə çıxış edə bilməməsi və klub rəhbəri Deniel Levi ilə arasında yaranan problem Kontenin Londonu tərk etməsinə gətirib çıxartdı. Bir müddət italiyalının adı doğma milli komandsı ilə hallanırdı. Amma Apennin təmsilçisi seçimini Luçano Spaletti yandan etdi. Konte son müsahibələrində vətəninə qayıtmaq niyyətində olduğunu və “Roma”, “Napoli” kimi böyük azarkeş dəstəyinə malik klublarda işləmək istədiyini bildirib. “Canavarlar”da Joze Mourinyonun, Neapol təmsilçisində isə Valter Matsarinin işlərinin elə də yaxşı getmədiyini nəzərə alsaq, Kotenin bu arzusu niyədə çin olmasın.
Hans-Diter Flik adını çoxları yalnız 2019-cu ildə eşitdi. “Bayern Münhen”nin baş məşqçi postuna gələn Flik ilk tam mövsümündə heç kimin gözləmədiyi halda bütün titulları qazanaraq “qızıl trebl”ə imza atdı. Bavariya təmsilçisində qazandığı uğurların nəticəsidir ki, Almaniya federasiyası millini Yöahim Lövdən sonra ona əmanət etdi. Ancaq “Bundestim”in dünya çempionatında qrupda qalması və AVRO-2024-ə hazırlıq prosesində keçirilən yoldaşlıq oyunlarda əldə edilən uğursuzluq Hansi Flikin milli karyerasını sonlandırdı. Ancaq mütəxəssisin top komandada daha bir şans əldə edəcəyi gözləniləndir.
Xulen Lopeteqinin son iş yeri “Vulverhempton” oldu. Onun rəhbərliyi altında “Uest-Midlends” təmsilçisi 2022/2023 mövsümündə 13-cü yeri taparaq Premyer liqada qalmağı bacarsa da, Lopeteqi maliyə problemlərinə görə komandadan ayrıldı. Karyerasında ən böyük uğuru “Sevilya” ilə qazandığı Avropa liqası olan baş məşqçinin adı soz zamanlar “Mançester Yunayted”lə hallanır.
Fransa millisi ilə AVRO-2012-də ¼ finala qədər irəlləyən, PSJ ilə 3 dəfə Fransa çempionu olan Loran Blan 2016-cı ildə karyerasında 4 illik ara verdi. Yalnız 2020-ci ildə yenidən böyük futbola qayıdan 58 yaşlı mütəxəssis bir müddət gücünü Qətərin “Ər-Rayan” klubunda sınadı. Keçən mövsüm isə “Lion” la müqavilə bağlayan Blan “şirlər”ə əvvəlki qüdrətini qaytara bilmədi. Əksinə bu təqvim ilini çox pis başlayan komanda fransalı ilə yolları ayırdı. İndi bir sual yaranır. Loran Blan karyerasını davam etdirəcək?
Adını çəkdiyimbaşqa Qrep Potter, Xorxe Sampaoli, Andre Villaş-Boaş, Ralf Hazenhütel, Rudi Qarsiya və Ule-Qunnar Sulşer kimi mütəxəssis də işsizdir. Bu mövsümün gedişi və 2024-ün yayı baş məşqçi dəyişikliyi baxımdan da olduqca maraqlı olacaq.