- Offside
- 13:25 24.11.2024
“Gəncə” voleybol klubu Yüksək Liqanın VIII turunun UNEC-lə ev oyununu Tovuz şəhərində keçirəcək.
90deqiqe.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Səxavət Quliyev məlumat verib.
O, komandanın ölkə çempionatındakı növbəti ev matçlarından bəzilərinin də başqa bölgələrdə oynanılacağını bildirib: “Azərbaycan Voleybol Federasiyası bölgələrdə bu idman növünün inkişafı üçün böyük işlər görür. Biz də buna töhfə vermək üçün bu matçı Tovuz şəhərində keçirməyi qərara aldıq”.
Qeyd edək ki, yanvarın 13-də Tovuz Olimpiya İdman Kompleksində oynanılacaq görüş saat 16:00-da başlayacaq.