27 iyul 2024. Şənbə

“Onlarla başabaş mübarizə aparmaq çox çətindir”

Fevralın 1-də Yüksək Liqada 3-cü dövrə start götürəcək.


  • Offside
  • 16:41 11.01.2024
  • Oxunma sayı: 69
“Onlarla başabaş mübarizə aparmaq çox çətindir”

“Yanvarın 9-dan məşqlərə başlamışıq. Əlbəttə, hazırlığın əvvəlində fiziki ağırlıqlı çalışmalara üstünlük verəcəyik”.

90deqiqe.az xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçi İlqar Aslanov deyib.

O, məqsədlərinin əsas milli üçün ehtiyat baza yaratmaq olduğunu bildirib: “Fasilədə həm məşq edəcəyik, həm də heyətimizi gücləndirəcəyik. Bizim komandaya düşmək üçün oyunçu yaş limitinə uyğun gəlməlidir. Üstəlik kütləvi dəyişiklik də gözlənilmir. Bizi qane edən olsa, 2-3 futzalçını komandamıza dəvət edəcəyik. Komandalara da tapşırmışıq ki, belə oyunçular olsa, bizə yönləndirsinlər. Məqsədimiz əsas milli üçün ehtiyat baza yaratmaq, A komandaya futzalçı yetişdirməkdir. Bu yaşda gənclərin “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire” kimi təcrübəli oyunçulardan qurulmuş kollektivlərə qarşı başabaş mübarizə aparması çox çətindir. Yaş fərqi böyükdür, bunlar indi-indi futzalın incəliklərini öyrənirlər”.







Offside