- Offside
- 13:25 24.11.2024
Sabah Qətərin Əl-Xaur şəhərində futbol üzrə 18-ci Asiya kuboku başlayacaq. İlk oyun günündə ev sahibləri “Livan”la qarşılacaq. Əvvəlcə turnir Çində keçirilməsi nəzərdə tutulmuşdu. Lakin 2022-ci ilin iyulunda ölkədə tüğyan edən yeni koronavirus epidemiyası səbəbindən turnirə ev sahibliyi etməkdən imtina etdi. Buna görə də yarışın təşkil edilməsi bu yaxınlarda dünya çempionatına ev sahibliyi edən Qətərə həvalə olundu. Asiya kuboku uğrunda 6 qrupda olmaqla 24 komanda mübarizə aparacaq. EV sahibi Qətər istisna olmaqla, qalan 23 milli 3 etapdan ibarət seçmə mərhələnin sonunda vəsiqəni təmin ediblər. Hər qrupda ilk iki yerin sahibi və 4 ən yaxşı üçüncü yer sahibi pley-offa adlayacaq. Bəs hansı komandalar turnirin favoritləri hesab olunurlar?
90deqiqe.az saytl olaraq fovarit kollektivləri araşdırmışıq!!!
İlk ağla gələn milli heç şübhəsiz Yaponiyadır. Asiya kubokunu 4 dəfə qazanan “doğan günəşin ölkəsi” bu göstəriciyə görə birincidir. Yerli baş məşqçi Xadzime Moriyasunun rəhbərliyi altında komanda DÇ-2022-də İspaniya və Almaniyanın olduğu qrupdan lider kimi çıxaraq adından söz etdirdi. Yaponiya 10 oyunluq qələbə seriyasına malikdir. Məğlub edilənlər arasında Almaniya, Türkiyə və Kanada kimi yığmalar var. Son Asiya kubokunda finalda Qətərə uduzan Yaponiya bu dəfə kuboku başı üzərinə qaldırmaq niyyətindədir.
Digər bir iddialı milli Cənubi Koreyadır. Qəribədir ki, “pələnglər” bu turniri sonuncu dəfə 1960-cı ildə qazanıb. DÇ-2022-də portuqaliyalı Paulo Bentunun çalışdırdığı komanda 1/16 finala yüksələ bilmişdi. Ancaq bu nəticəyə baxmayaraq, Bentu mundial sonu tutduğu vəsifədən ayrıldı. Onu isə Yurgen Klinsman əvəzlədi. Cənubi Koreya turnirdə ən yaxşı heyətlərdən birinə malikdir. Son Hın Min, Kim Min Je, Hvanq Hi Çan, Li Kang İn kimi futbolçuların çıxışı maraqla gözlənilir.
Digər bir maraqlı komanda Səudiyyə Ərəbistanıdır. Son dünya çempionatında Erve Renarın rəhbərlik etdiyi “yaşıl şahinlər” qrupda qalsalar da, Argentinanı məğlub eməklə diqqət çəkdilər. Keçən ildən isə komandanı İtaliyanı Avropa çempionu edən Roberto Mançini çalışdırır. Yığmanın bütün bu futbolçuları öz ölkələrində çıxış edirlər. Asiya kuboku həm də onlarla məşhur futbolçunu cəlb edən Səudiyyə Ərəbistanı liqasının səviyyə yoxlaması olacaq.
Əlbəttə ki, favoritlər siyahısında yarışın son qalibi Qətər millisi də göstərilir. Dünya çempionatında Qətər qrupda xal toplamadan sonuncu oldu. Buna görə onlar üçün bu kubok azarkeşlərinin könlünü almaq baxımdan önəmli olacaq. 2011-ci ildə onların təşkil etdiyi yarışda 1/4 finala yüksəlməsini də qeyd edək. Yaponiyadan sonra Səudiyyə Ərəbistanı və İran 3 dəfə qalib olublar. Tacikistanın qitə yarışında debütü, postsovet ölkələrindən Qırğızıstanla Özbəkistanın yarışa qatılmasını qeyd etmək olar.
Asiya kubokunda tez-tez sürpriz nəticələr də olur. Buna görə iddialı olmayan bir komandadan da sürpriz gözləyə bilərik. Yarış fevralın 12-də başa çatacaq.