25 noyabr 2024. Bazar ertəsi

Rusiya ilə qarşılaşacaqları iddianı təkzib etdilər

Slovakiya Xokkey Federasiyası Rusiya ilə oynamaq istədikləri barədə yayılan məlumatları təkzib edib.


  • Offside
  • 19:43 11.01.2024
  • Oxunma sayı: 80
Rusiya ilə qarşılaşacaqları iddianı təkzib etdilər

Slovakiya Xokkey Federasiyası Rusiya ilə oynamaq istədikləri barədə yayılan məlumatları təkzib edib.

90deqiqe.az  xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilir.

Slovakiyada Rusiya Xokkey Federasiyası ilə heç bir danışıqlar aparmadıqlarını və Rusiya millisi ilə oyun keçirməyi planlaşdırmadıqlarını bildiriblər. “Bu, mənşəyini bilmədiyimiz və bizi şoka salan uydurma məlumatdır. Biz bu cür spekulyasiyaları qətiyyətlə rədd edirik”, - deyə açıqlamada deyilir.

Qeyd edək ki, yanvarın 10-da Match TV Slovakiyanın mundialdan əvvəl Rusiya millisi ilə yoldaşlıq oyunları keçirmək istədiyini bildirib. Bildirilib ki, komanda ölkə prezidenti Zuzana Çaputovadan bu təşəbbüsün təsdiqini gözləyir.

Rusiya və Belarusun xokkey komandaları 2022-ci ilin fevralından bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.Beynəlxalq Xokkey Federasiyasının rəhbəri Luk Tardifin sözlərinə görə, komandaların turnirlərə buraxılması tamamilə idmançıların və təşkilatçıların təhlükəsizliyindən asılıdır.

 







Offside