27 iyul 2024. Şənbə

Qazaxlı tennisçi tamaşaçılara maraqlı anlar yaşatdı - VİDEO

Qazaxıstan tennisçi Aleksandr Bublik Avstraliyada keçirilən ATP 250 turnirinin 1/4 finalında italiyalı Lorenso Musettiyə qalib gəldiyi görüşdə maraqlı anlar yaşanıb – 6:3, 6:7 (4), 7:5


  • Offside
  • 19:54 11.01.2024
  • Oxunma sayı: 75
Qazaxlı tennisçi tamaşaçılara maraqlı anlar yaşatdı - VİDEO

Qazaxıstan tennisçi Aleksandr Bublik Avstraliyada keçirilən ATP 250 turnirinin 1/4 finalında italiyalı Lorenso Musettiyə qalib gəldiyi görüşdə maraqlı anlar yaşanıb – 6:3, 6:7 (4), 7:5

90deqiqe.az xəbər verir ki, 26 yaşlı idmançı qarşılaşmanın gedişində, top gələn zaman müvazinətini saxlaya bilməyərək kənara çıxıb və birinci sırada əyləşən tamaşaçıların qarşısında özünü məcburi tarazlaya bilib.

Tennisçi həmin an özünü itirməyib və qarşısındakı azarkeşin əlindəki çips paketindən çipsi çıxarıb yeyib.

Bublik bununla da yetinməyib və oyun zamanı rəqibin atdığı topu ayaqlarının arasından möhtəşəm qarşılıq verərək xal qazanıb.







Offside