26 fevral 2024. Bazar ertəsi

Cavid Qurbanov məşqçilərlə görüşüb

Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Cavid Qurbanov məşqçilərlə görüş keçirib.


  • Offside
  • 20:20 11.01.2024
  • Oxunma sayı: 58
Cavid Qurbanov məşqçilərlə görüşüb

Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Cavid Qurbanov məşqçilərlə görüş keçirib.

AAF-dan 90deqiqe.az-a verilən məlumata görə, toplantıda qurumun baş katibi Məhərrəm Sultanzadə və İcraiyyə Komitəsinin üzvü Şəlalə Yaqubova da iştirak ediblər.

Görüşdə məşqçilərin təklifləri dinlənilib və müzakirə olunub. Qurumun rəhbərliyi milli komandanın baş məşqçisi Bəhruz Salehli, sprint üzrə məşqçi Tofiq Əliyev və dözümlülük üzrə məşqçi Sadıq Sadıqova uzun illər ərzində atletikamızın inkişafında göstərdikləri əvəzsiz xidmətlərə görə təşəkkürünü çatdırıb və qeyd olunub ki, bu mütəxəssislər məsləhətçi kimi fəaliyyətlərini davam etdirəcəklər

Sonda milli komandanın 2024-cü il üçün yeni məşqçi heyəti təqdim edilib:

Hakim İbrahimov - baş məşqçi

Nazim İsrafilov - ehtiyat üzrə baş məşqçi

Valentin Bulıçev - sprint üzrə böyük məşqçi

Ziyad Xəlfəyev - tullanmalar üzrə böyük məşqçi

Vüqar Ələsgərov - dözümlülük üzrə böyük məşqçi

Emil Şahtahtinski - atmalar üzrə böyük məşqçi

Anar Yusifov - regionlar üzrə böyük məşqçi

Rəhim Xəlilov - ehtiyat üzrə məşqçi




Offside