24 oktyabr 2024. Cümə axşamı

Yubiley turnirinin ilk döyüşünü açıqladı

UFC-nin yubiley, 300-cü turniri çərçivəsində baş tutacaq ilk döyüşün 13 aprel 2024-cü ildə Las Veqasdakı T-Mobile Arenada keçiriləcəyi açıqlanıb.


  • Offside
  • 09:27 12.01.2024
  • Oxunma sayı: 78
Yubiley turnirinin ilk döyüşünü açıqladı

UFC-nin yubiley, 300-cü turniri çərçivəsində baş tutacaq ilk döyüşün 13 aprel 2024-cü ildə Las Veqasdakı T-Mobile Arenada keçiriləcəyi açıqlanıb.

90deqiqe.az xəbər verir ki, qadınlar arasında yüngül çəkidə (52 kq-a qədər) çinli UFC çempionu Veyli Çjan həmyerlisi Xiaonan Yan ilə üz-üzə gələcək. Bu barədə promosyon prezidenti Dana Uayt öz şəxsi "İnstagram" hesabında yazıb.

"31 avqust 2019-cu il tarixdə  Veyli Çjan Jessica Andrade-ni məğlub edərək UFC tarixində ilk Çin çempionu oldu. Təsəvvür edin ki, beş ildən sonra Veyli Çjan saman çəkisi titulu uğrunda Yan Xiaonan ilə qarşılaşdıqda tarixin yenidən yazıldığını görəcəyik. UFC 300-də. Bu, iki çinli iddiaçının dünya çempionu olmaq üçün üz-üzə gəldiyi ilk dəfədir."

Uayt yaxın vaxtlarda bu turnirdən daha bir neçə döyüş elan edəcəyinə bildirib.







Offside