27 iyul 2024. Şənbə

Azərbaycanlı nümayəndə “Qalatasaray”ın oyununa təyinat aldı

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.


  • Offside
  • 09:43 12.01.2024
  • Oxunma sayı: 84
Azərbaycanlı nümayəndə “Qalatasaray”ın oyununa təyinat aldı

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.


Federasiyadan 90deqiqe.az-a verilən məlumata görə, Gözəlbəyli kişi voleybolçular arasında Çelenc kubokunun 1/4 finalının cavab qarşılaşmasına supervayzer təyin edilib. O, yanvarın 17-də İstanbulda keçiriləcək “Galatasaray HDI” (Türkiyə) - “FONTE BASTARDO” (Portuqaliya) klublarının oyununda hakimlərin işinə qiymət verəcək. Görüşün hakimləri bolqarıstanlı İvan Momirov və italiyalı Michele Brunelli olacaq.


Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.







Offside