24 oktyabr 2024. Cümə axşamı

Azərbaycan güləşçiləri Göygöldə təlim-məşq toplanışındadırlar

Sərbəst güləş üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.


  • Offside
  • 16:25 12.01.2024
  • Oxunma sayı: 97
Azərbaycan güləşçiləri Göygöldə təlim-məşq toplanışındadırlar

Sərbəst güləş üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.

Federasiyadan 90deqiqe.az-a verilən məlumata görə, yanvarın 7-də Göygöl Olimpiya İdman Kompleksində bir araya gələn yığma ayın 20-dək həmin məkanda hazırlıq keçəcək.

Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında gerçəkləşən məşqlərdə fiziki hazırlığın yüksəldilməsinə daha çox diqqət yetirilir. Təlim-məşq toplanışında gənclərdən ibarət millinin üzvləri də iştirak edirlər. Ümumilikdə hazırlıq prosesinə 46 güləşçi cəlb edilib.

Qeyd edək ki, toplanış gələn ay Buxarestdə keçiriləcək Avropa çempionatına və apreldə Bakıda təşkil ediləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.







Offside