- Offside
- 16:18 21.12.2025
“Transfermarkt” portalı yanvarın 12-də start götürən Asiya Kubokunun ən bahalı futbolçularının siyahısını açıqlayıb.
90deqiqe.az xəbər verir ki, siyahıda ilk pillələri Almaniya "Bavariya"sının və Cənubi Koreya yığmasının müdafiəçisi Kim Min Ce və İspaniya "Real Sosyedad"ı ilə Yaponiya millisinin oyunçusu Takefusa Kubo 60 milyon avro ilə bölüşür.
Yaponiyalı Kaoru Mitoma və cənubi koreyalı Son Hin Min (hər ikisi 50 milyon avro) 3-4-cü yerləri bölüşdürürlər. Digər yapon futbolçu Takehiro Tomiyasu (30 milyon avro) ilk "5-liy"i tamamlayır.
Qeyd edək ki, Asiya Kuboku fevralın 10-da başa çatacaq.
Əlavə edək ki, Kim Min 2023-cü ilin yay transferində "Napoli"dən Bundesliqa çempionuna keçib. O, Münhen klubunun heyətində 22 matçda iştirak edib və 1 qol vurub.Kim Minin "Bavariya" ilə müqaviləsi 2028-ci ildə başa çatır.
Kubo isə 2022-ci ildə Madrid "Real"ından "Sosyedad"a keçib. O, bu mövsümün komandanın heyətində 25 matçda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Kubonun La Liqa klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.