27 iyul 2024. Şənbə

Bilyard üzrə Azərbaycan millisi dünya çempionatlarında iştirak edəcək

Bilyard üzrə Azərbaycan milli komandasının 2024-cü ildə iştirak edəcəyi beynəlxalq yarışların siyahısı açıqlanıb.


  • Offside
  • 14:47 13.01.2024
  • Oxunma sayı: 104
Bilyard üzrə Azərbaycan millisi dünya çempionatlarında iştirak edəcək

Bilyard üzrə Azərbaycan milli komandasının 2024-cü ildə iştirak edəcəyi beynəlxalq yarışların siyahısı açıqlanıb.

Azərbaycan Bilyard Federasiyasından 90deqiqe.az-a verilən məlumata görə, yığma yeddi beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Milli komanda fevralın 26-da Qırğızıstanda “Qarışıq Piramida”, iyunun 11-17-də Rusiyanın Surqut şəhərində “Sərbəst Piramida”, noyabrın 17-24-də isə Novosibirskdə “Piramida” üzrə dünya çempionatına qatılacaq. Azərbaycan yarışlarının hər birində dörd bilyardçı ilə təmsil olunacaq.

Yığmanı aprelin 11-13-də “Euro Tour men-Dynamic Billard TBA Open”, aprelin 15-24-də “Dynamic Billard European Pool Championships”, sentyabrın 28-də Gürcüstanın Batumi şəhərində EPBF “Ajara Cup”, noyabrın 14-16-da isə Türkiyənin Antalya şəhərində “EuroTour men - Dynamic Billard Antalya Open” turnirləri gözləyir.







Offside