21 dekabr 2025. Bazar günü

Evren Alkaya rəhbərliyində "Sərhədçi" ilk qələbəsini qazandı

Azərbaycan Basketbol Liqasında X turun daha bir oyunu keçirilib.


  • Offside
  • 16:28 13.01.2024
  • Oxunma sayı: 152
Evren Alkaya rəhbərliyində "Sərhədçi" ilk qələbəsini qazandı

Azərbaycan Basketbol Liqasında X turun daha bir oyunu keçirilib.

90deqiqe.az-ın məlumatına görə, günün yeganə matçında "Cəlilabad" "Sərhədçi"ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 97:92. Xallarının sayını 13-ə çatdıran "Sərhədçi" 8-ci pilləyə yüksəlib.

Turun əvvəlki matçlarında "Xəzri" "Neftçi"ni (86:84), "NTD-İndiqo" "Sumqayıt"ı (104:95) məğlub edib. "Şəki" - "Xırdalan" və "Gəncə - "Sabah" görüşləri yanvarın 14-də olacaq.







Offside