26 fevral 2024. Bazar ertəsi

Daha bir güləşçimiz Xorvatiyadakı yarışda medal qazandı

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bürünc medal qazanıb.


  • Offside
  • 23:15 13.01.2024
  • Oxunma sayı: 103
Daha bir güləşçimiz Xorvatiyadakı yarışda medal qazandı

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bürünc medal qazanıb.

90deqiqe.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc mükafata sahib olub.

Murad Məmmədov (63 kq) yarışda zədələndiyi üçün sonadək mübarizə apara bilməyib. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc medal uğrunda görüşdə uduzub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) qızıl medal əldə edib.

Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin Alyona Kolesnik (59 kq) bürünc mükafata sahib çıxıblar.




Offside