- Offside
- 13:25 24.11.2024
Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 10-cu turunun növbəti oyunu baş tutub.
90deqiqe.az xəbər verir ki, "Xırdalan" klubu səfərdə "Şəki" ilə qarşılaşıb.
İkinci dövrənin matçı qonaqların 107:92 hesablı qələbəsi ilə bitib. Ən məhsuldar basketbolçular "Şəki"dən Dayron Kinq (24 xal, 6 ribaund), "Xırdalan"dan isə Teyvion Körk (29 xal, 6 asist) olublar.
Qeyd edək ki, 10-cu turun son oyunu bu gün saat 18:00 -da "Gəncə" və "Sabah" klubları arasında reallaşacaq.