- Offside
- 13:25 24.11.2024
İspaniya Superkubokunun yarımfinalında "Atletiko Madrid"i mübarizədən kənarlaşdıran "Real Madrid" və "Osasuna"nı məğlub edən "Barselona" finalda qarşılaşacaq.Əsas vaxtı 3-3 bitən matçda Real Madrid Atletico Madridi 5-3 hesabı ilə məğlub edərək finala yüksəlib. Yarımfinalın digər oyununda “Barselona” “Osasuna”nı 2:0 hesabı ilə məğlub edərək adını finala yazdırıb. 90deqiqe.az saytı olaraq bu tarixi matçın statistikasını araşdırdıq
"Real Madrid" bu matça qədər 10 matçlıq məğlubiyyətsizlik seriyası yaşadı.
Karlo Ançelottinin komandası bu müddətdə keçirdiyi 10 matçdan 9-da qalib gəlsə də, İspaniya La Liqasında Real Betis matçında meydanı 1:1 hesablı bərabərliklə tərk edib.
Madridlilər bu matçlarda 27 dəfə fərqlənib və 10 qol buraxıb.
"Barselona"nın 3 matçlıq qələbə seriyası var.
Xavinin komandası son 10 qarşılaşmada 6 dəfə qalib gəlib, 3 dəfə məğlub olub, 1 dəfə heç-heçə edib.
Üç məğlubiyyətdən birini Çempionlar Liqasında, digərini isə liqada görən Kataloniya təmsilçisi son məğlubiyyətini “Amerika klubu” ilə yoldaşlıq görüşündə alıb.
Bu müddətdə "Barselona" 20 qol vurub, 17 top buraxıb.
Bu iki komanda İspaniya Superkubokunun final oyununa qədər bütün turnirlər nəzərə alınmaqla 297 dəfə üz-üzə gəlib.
Bu matçların 109-da "Real Madrid", 124-də isə "Barselona" qalib gəlib.
İki komanda arasında 64 qarşılaşma heç-heçə bitib.
Bu matçlarda "Real Madrid" 481, "Barselona" isə 520 dəfə fərqlənib.
Saat 23.00-da başlayacaq qarşılaşmanı Xuan Munuera idarə edəcək.
Qarşılaşma Tivibuspor kanalında yayımlanacaq.