27 iyul 2024. Şənbə

"Ronaldo istənilən çempionatda əla oynayır"

İtaliya yığmasının sabiq hücumçusu Mario Balotelli "Əl Nəsr"də çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo və "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi haqda danışıb.


  • Offside
  • 10:35 15.01.2024
  • Oxunma sayı: 62
"Ronaldo istənilən çempionatda əla oynayır"

İtaliya yığmasının sabiq hücumçusu Mario Balotelli "Əl Nəsr"də çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo və "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi haqda danışıb.

90deqiqe.az “TV Play”a istinadən məlumatına görə, 33 yaşlı forvard hər ikisinin özünə aid üstünlükləri olduğunu bildirib.

“Kriştiano Ronaldo hər yerdə, istənilən çempionatda əla oynayır. Hər yerə yaxşı uyğunlaşa bilir. Bununla belə, Kriştiano Ronaldo ehtiyat oyunçular skamyasında qaldıqda Portuqaliya da daha yaxşı oynayır. Messi 2026 Dünya Çempionatında? Düşünürəm ki, bəli, o, bunu da edə bilər”

Qeyd edək ki, Balotelli hazırda Türkiyənin “Adana Dəmirspor” klubunda çıxış edir. Futbolçunun klubla müqaviləsi 2026-cı ilə qədərdir. Bu mövsüm Balotelli Türkiyə çempionatında 5 matçda iştirak edib və 3 qol vurub.







Offside