21 may 2026. Cümə axşamı

Rusiya toplanışına 11 cüdoçuyla

Qadın cüdoçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün Rusiyaya yollanıb.


  • Offside
  • 11:24 15.01.2024
  • Oxunma sayı: 132
Rusiya toplanışına 11 cüdoçuyla

Qadın cüdoçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün Rusiyaya yollanıb.

90deqiqe.az-ın məlumatına görə, komanda hazırlığı Soçidə keçəcək.

Yığmanın heyətində 11 cüdoçu yer alıb. Bunlar Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hamısı 52 kq), Acelya Toprak, Fidan Əlizadə (hər ikisi 57 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq), Nigar Süleymanova və Elnarə Rəşidovadır (hər ikisi +78 kq).

Yanvarın 19-dək davam edəcək toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.







Offside