24 oktyabr 2024. Cümə axşamı

Azərbaycan xizəkçisi İspaniya Kubokunda 4-cü yeri tutdu

13-14 yanvar tarixlərində Azərbaycanın Xizək Alpinizmi üzrə milli komandası İspaniya Krallığında təşkil olunan İspaniya Kuboku yarışında  iştirak edib.


  • Offside
  • 12:39 15.01.2024
  • Oxunma sayı: 67
Azərbaycan xizəkçisi İspaniya Kubokunda 4-cü yeri tutdu

13-14 yanvar tarixlərində Azərbaycanın Xizək Alpinizmi üzrə milli komandası İspaniya Krallığında təşkil olunan İspaniya Kuboku yarışında  iştirak edib.

90deqiqe.az xəbər verir ki, idmançılarımız Xizək Alpinizminin vertikal növündə öz güclərini sınayıblar.Yarışda milli komandanın üzvü Qalabağıyev Nəbiyulla 30-a yaxın iştirakçı arasında  mübarizə apararaq 4-cü yerə sahib olub. 

Qeyd edək ki, Azərbaycanın Xizək Alpinizmi üzrə milli komandası İspaniya Kubokundan öncə 7-13 yanvar tarixlərində Fransanın Flaine bölgəsində təşkil olunan Xizək Alpinizmi üzrə Avropa Çempionatında  iştirak edərək, yarışın vertikal növü üzrə mübarizə aparıb. Komandanın üzvləri arasında  Qalabağıyev Nəbiyulla  30 ölkənin  idmançısı ilə yarışaraq 23-cü yerdə qərarlaşıb.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb