27 iyul 2024. Şənbə

"Ronaldo futbola daha çox həvəslidir, Neymar isə ..."

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş məşqçisi Xorxe Jezus millinin heyətində aldığı zədəsini sağaltmaqda davam edən klubun hücumçusu Neymar haqda danışıb, həmçinin onu “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ilə müqayisə edib. .


  • Offside
  • 13:04 15.01.2024
  • Oxunma sayı: 95
"Ronaldo futbola daha çox həvəslidir, Neymar isə ..."

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş məşqçisi Xorxe Jezus millinin heyətində aldığı zədəsini sağaltmaqda davam edən klubun hücumçusu Neymar haqda danışıb, həmçinin onu “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ilə müqayisə edib. .

90deqiqe.az xəbər verir ki, 69 yaşlı çalışdırıcı brazilyalı forvardın idarə olunması portuqaliyalı ulduzdan çətin olduğunu bildirib.

“O, bənzərsiz biridir. Asan idarə olunan, çox şirin, anlayışlı oğlan... İndi mənə elə gəlir ki, o, Ronaldonun əksidir. Ronaldo futbola daha çox həvəslidir, Neymar isə şəxsi həyatında başqa şeyləri birinci yerə qoyur” 

Xatırladaq ki, 31 yaşlı futbolçunun Cənubi Amerikanın 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrda Uruqvayla oyununda (0:2) çarpaz bağı yırtılmışdı. Bu mövsüm Neymar "Əl Hilal"ın heyətində beş matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə verib.

Onun "Əl Hilal"la müqaviləsi 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Əlavə edək ki, portuqaliyalı mütəxəssisin Ərəbistanı təmsilçisi ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. Onun rəhbərliyi altında "Əl Hilal" 28 matça çıxıb və 25 qələbə qazanıb.







Offside