27 iyul 2024. Şənbə

"The Best": Mahmudov kimə səs verib?

Azərbaycan millisinin və "Neftçi"nin kapitanı Emin Mahmudovun FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatı üçün seçimi müəyyənləşib.


  • Offside
  • 16:32 15.01.2024
  • Oxunma sayı: 84
"The Best": Mahmudov kimə səs verib?

Azərbaycan millisinin və "Neftçi"nin kapitanı Emin Mahmudovun FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatı üçün seçimi müəyyənləşib.

90deqiqe.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haalandı 2023-cü ilin ən yaxşı oyunçusu hesab edib.

“Neftçi”nin kapitanı Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe və ABŞ təmsilçisi “İnter Mayami”nin argentinalı oyunçusu Lionel Messini də ilk “üçlük”də göstərib.

Qeyd edək ki, “The Best” mükafatının qalibi bu gün İngiltərənin paytaxtı Londonda keçiriləcək tədbirdə açıqlanacaq.

Əlavə edək ki, Norveçli forvard ötən mövsüm "şəhərlilər"lə dörd kubokun sahibi olub.Onun müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.Haaland bu mövsüm isə 22 matçda iştirak edib, 19 qol vurub və 5 məhsuldar ötürmə edib.







Offside