24 oktyabr 2024. Cümə axşamı

Messi “The Best” mükafatına qatılmayacaq

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi FİFA-nın İlin Oyunçusu mükafatını itirdikdən sonra The Best FIFA Football Awards 2023-də iştirak etməyəcək.


  • Offside
  • 20:23 15.01.2024
  • Oxunma sayı: 101
Messi “The Best” mükafatına qatılmayacaq

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi FİFA-nın İlin Oyunçusu mükafatını itirdikdən sonra The Best FIFA Football Awards 2023-də iştirak etməyəcək.

90deqiqe.az xəbər verir ki, bu barədə “D Sports” məlumat yayıb.

Mənbənin məlumatına görə, Lionel Messi bu gün FİFA-nın ilin ən yaxşı futbolçusu mükafatlandırma mərasimində iştirak etməyəcək. Argentinalı ən yaxşı oyunçu nominasiyasına namizəd olmasına baxmayaraq qala gecəsi üçün Londona getməyib.

Qeyd edək ki, bu məlumat mediada Erlinq Haalandın mükafatı Lionel Messi və Kilian Mbappe üzərində qazana biləcəyi ilə bağlı şayiələr yayıldıqdan sonra ortaya çıxıb.

Xatırladaq ki, tədbir Londonda baş tutacaq. Moskva vaxtı ilə 22:30-da başlayır. Üç oyunçu 2023-cü ilin Ən Yaxşı Oyunçu Mükafatı üçün qısa siyahıya düşüb. Bunlar "İnter Mayami"nin və Argentina yığmasının hücumçusu Lionel Messi, "Mançester Siti"nin hücumçusu Erlinq Haaland və fransalı PSJ-nin futbolçusu Kilian Mbappedir.

 







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb