21 dekabr 2025. Bazar günü

Stolüstü tennisçilər Türkiyəyə yollanıblar

Stolüstü tennisçilər 2024-cü ilin ilk beynəlxalq yarışında bacarıqlarını göstərəcəklər.


  • Offside
  • 21:36 15.01.2024
  • Oxunma sayı: 133
Stolüstü tennisçilər Türkiyəyə yollanıblar

Stolüstü tennisçilər 2024-cü ilin ilk beynəlxalq yarışında bacarıqlarını göstərəcəklər.

Federasiyadan 90deqiqe.az-a verilən məlumata görə, seçmə komandamızın 3 üzvü bu məqsədlə Türkiyənin Antalya şəhərinə yollanıb. Söhbət Adil Əhmədzadə, Mərziyyə Nurmətova və Aylin Əsgərovadan gedir.

Onlar məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə yanvarın 16-dan 19-dək “WTT Youth Contender” turnirində mübarizə aparacaqlar.

Qeyd edək ki, stolüstü tennisçilərimiz ötən il “WTT Youth Contender” seriyalı yarışlarda 16 medal qazanmışdılar.







Offside