- Offside
- 16:18 21.12.2025
Fifa "The Best" mükafatlarının təltifetmə mərasimini keçirib.
90deqiqe.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə təşkil olunan tədbirdə 2023-cü ilin ən yaxşıları mükafatlandırılıb. 2016-cı ildən verilən bu ada "İnter Mayami"nin hücumçusu Lionel Messi layiq görülüb.
36 yaşlı forvard bununla da 3-cü dəfə bu titulun sahibi olub. O, bununla da, Kriştiano Ronaldoya çatıb, Robert Levandovskini geridə qoyub. 1 dəfə isə bu mükafatı Luka Modriç qazanıb.
Digər nominasiyalarda da mükafatlar öz sahiblərini tapıb. Qaliblərin siyahısını təqdim edirik:
İlin futbolçusu: Lionel Messi (Argentina, "İnter Mayami")
İlin qadın futbolçusu: Aytana Bonmati (“Barselona”, İspaniya)
İlin qadın qapıçısı: Meri İrps (İngiltərə, Mançester Yunayted)
İlin qapıçısı: Ederson (Brazilya, Mançester Siti)
Puşkaş mükafatı: Guilherme Madruga (Brazilya, Botafaqo-Kuyaba)
İlin qadın məşqçisi: Sarina Viqma (Niderland, İngiltərə yığması)
İlin baş məşqçisi: Pep Qvardiola (Mançester Siti)
İlin feyr-pley mükafatı: Braziliya milli komandası
Ən yaxşı azarkeş mükafatı: Huqo Daniel
İlin heyəti (qadınlar): Meri Earps, Lusi Bronz, Alex Qrinvud, Olqa Karmona, Keyra Ualş, Lauren Ceyms, Aitana Bonmati, Ella Tune, Alessio Russo, Aleks Morqan, Sam Kerr
İlin heyəti: Tibo Kurtua (Real Madrid, Belçika),Kayl Uoker, Con Stounz, Ruben Dias (hər üçü (Mançester Siti), Kevin De Bruyne (Mançester Siti),Cude Bellinqhem (Real Madrid), Bernardo Silva (Mançester Siti),: Lionel Messi (İnter Mayami), Kilian Mbappe (PSJ, Fransa), Erlinq Haaland (Mançester Siti, Norveç), Vinisius Junior (Real Madrid). FİFA simvolik komandasını "Qızıl top"un analoqu olan "The Best" mükafatının təqdimat mərasimində təqdim edib.
Xatırladaq ki, Messi ötən yay PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Amerika klubuna keçmişdi. O, bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib, 11 qol vurub, 5 məhsuldar ötürmə edib.