- Offside
- 00:36 07.02.2026
"İnter Mayami" yeni mövsümə hazırlaşmağa başladığı üçün hücumçu Lionel Messi "The Best" mükafatlandırma mərasiminə qatılmayıb.
90deqiqe.az xəbər verir ki, argentinalı yeni futbol təqviminə uyğunlaşmalıdır (MLS çempionatı yaz-payız sistemi üzrə keçirilir). Ötən ilin ikinci yarısında futbolçunun bəzi fiziki problemləri yaranıb, o, 2023-cü ildə olmayan mövsümöncəsi hazırlığı tam şəkildə həyata keçirmək istəyir.
36 yaşlı forvard hazırlıq prosesinə çox ciddi yanaşır. Komanda bu həftə ilk yoxlama oyununa çıxacaq, rəqib isə El Salvador millisidir.