8 sentyabr 2024. Bazar günü

Ronaldo Messinin mükafat qazanmasına FOTOlu cavab

"Əl Nəsr"də çıxış edən superulduz Kriştiano Ronaldo FİFA tərəfindən ilin ən yaxşı futbolçusu nominasiyasında argentinalı Lionel Messinin qələbəsini elan etdikdən sonra paylaşım edib.


  • Offside
  • 16:13 16.01.2024
  • Oxunma sayı: 113
Ronaldo Messinin mükafat qazanmasına FOTOlu cavab

"Əl Nəsr"də çıxış edən superulduz Kriştiano Ronaldo FİFA tərəfindən ilin ən yaxşı futbolçusu nominasiyasında argentinalı Lionel Messinin qələbəsini elan etdikdən sonra paylaşım edib.

90deqiqe.az xəbər verir ki, Leonun qələbəsindən yarım saat sonra 38 yaşlı forvard sosial şəbəkə hesabında məşqdən foto yayımlayıb.

O, şəklə bunları yazıb: "Daha çoxu üçün geri qayıtdım".

Bildirək ki, Messi FİFA-nın The Best mükafatında Ronaldonu geridə qoydu. Lionelin adına üç, Kriştianonun isə iki belə mükafatı var.

Qeyd edək ki, portuqaliyalı forvard 2023-cü ilin bombardiri olub. Ronaldo 54 qol vurub.







Offside

ÇL: "Birbaşa Bakı" 1/4 finalda
  • Offside
  • 16:45 07.09.2024
ÇL: "Birbaşa Bakı" 1/4 finalda