- Offside
- 13:25 24.11.2024
90deqiqe.az-ın “Marca”ya istinaən məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema Mavrikiy adasında baş verən qasırğa səbəbindən komandanın düşərgəsinə gələ bilmir.
Benzema Səudiyyə komandasının yanvarın 11-də başlayacaq təlim-məşq toplanışına uça bilmir və adada Belal qasırğasının bitməsini gözləyir. Siklon saatda 120 km-ə çatan küləklərə səbəb olub və Mavrikiyi şiddətli tufanlara və daşqınlara məruz qoyub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi Marselo Qalardonun hücumçunun təlim-məşq toplanışına gəlmədiyi üçün fransalı futbolçunu məşqdən uzaqlaşdırdığı barədə daha əvvəl xəbər yayılmışdı.
Benzemanın "Əl-İttihad"la müqaviləsi 2026-cı ilə qədərdir.
Kərim Benzema bu mövsüm bütün turnirlərdə 20 matçda meydana çıxıb və 12 qol vurub, 5 məhsuldar ötürmə edib.