- Offside
- 13:25 24.11.2024
FourFourTwo saytı 1970-ci illərdə oynamış ən yaxşı futbolçuların reytinqini dərc edib.
90deqiqe.az xəbər verir ki, siyahıya Hollandiya millisinin əfsanəvi futbolçusu Yohan Kroyff başçılıq edir. O, karyerası ərzində 550 matçda iştirak edib, 301 qol vurub və 191 məhsuldar ötürmə edib.
İkinci yerdə Almaniya millisinin futbolçusu Frans Bekkenbauer qərarlaşıb. İlk "üçlüy"ü yenə Almaniya millisinin əfsanəvi futbolçu Gerd Müller qapayıb.
İlk 10-luq belədir:
1. Yohan Kroyff (Hollandiya);
2. Frans Bekkenbauer (Almaniya);
3. Gerd Müller (Almaniya);
4. Karlos Alberto Torres (Braziliya);
5. Mario Kempes (Argentina);
6. Yohan Neeskens (Hollandiya);
7. Jairzinyo (Braziliya);
8. Kevin Kiqan (İngiltərə);
9. Rivelino (Braziliya);
10. Dino Zoff (İtaliya).