- Offside
- 13:25 24.11.2024
Azərbaycan Basketbol Liqasında XI turun oyunları keçirilib
90deqiqe.az-ın məlumatına görə, açılış matçında “Sərhədçi” “Şəki” ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 112:82 hesablı qələbəsi ilə bitib.
Ötən turda "Cəlilabad"ı üstələyən (97:92) paytaxt təmsilçisi ardıcıl ikinci qələbəsini qazanıb.
Günün ikinci matçında liderlər qrupunda qərarlaşan "Neftçi" klubu "Cəlilabad" ilə qarşılaşıb.
Gərgin mübarizəyə səhnə olan görüş "Neftçi"nin 72:63 hesablı çətin qələbəsi ilə bitib. Ən məhsuldar basketbolçular "Neftçi"dən Toraje Breyk (20 xal, 11 asist), "Cəlilabad"dan isə Rişan Conson (15 xal, 10 ribaund) olublar.
Qeyd edək ki, bu gün həmçinin "Neftçi" - "Cəlilabad" görüşü keçiriləcək. Turun digər matçları isə 19 və 21 yanvarda olacaq.