27 iyul 2024. Şənbə

Ançelotti onu planetin ən yaxşısı adlandırdı - FOTOLAR


  • Offside
  • 21:52 17.01.2024
  • Oxunma sayı: 88
Ançelotti onu planetin ən yaxşısı adlandırdı  - FOTOLAR

Ançelotti Ferland Mendini planetin ən yaxşı müdafiəçisi adlandırır.

90deqiqe.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasının cinah oyunçusu Ferland Mendinin çıxışı haqda danışıb .

O, “Ferland haqqında fikirlərimi təsdiqləyirəm. O, həqiqətən də dünyanın ən yaxşı müdafiəçisidir."  fikirlərini səsləndirib.

Mendi 2019-cu ildən "Real Madrid"də çıxış edir. Bu mövsüm müdafiəçi Los Blancos-un heyətində bütün turnirlərdə 16 oyun keçirib və bir qol vurub. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 20 milyon avrodur.







Offside