24 oktyabr 2024. Cümə axşamı

"Ronaldoya baxanda ilk növbədə ətir və alt paltarı təsəvvür edirsən"

"Everton"un və ABŞ-ın sabiq qapıçısı Tim Hovard "Əl-Nassr"ın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.


  • Offside
  • 23:14 17.01.2024
  • Oxunma sayı: 155
"Ronaldoya baxanda ilk növbədə ətir və alt paltarı təsəvvür edirsən"

"Everton"un və ABŞ-ın sabiq qapıçısı Tim Hovard "Əl-Nassr"ın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

90deqiqe.az-ın məlumatına görə, 44 yaşlı sabiq qolkiper portuqaliyalının çox böyük səylə məşq etdiyini və zarafatcıl olduğunu bildirib.

“Ronaldoya baxanda ilk növbədə ətir və alt paltarı, McLarens və Ferrari, ev və yaxtaların reklamlarını təsəvvür edirsən. Ancaq Ronaldo yaxşı zarafatcıl idi. Həm də daha vacib olanı: mən heç vaxt bu qədər səylə məşq edən bir insan görməmişəm”, - deyə Hovard Daily Mail-dən sitat gətirib.

Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib. Forvard mankunianlarla birlikdə 9 kubok qazanıb.

Bu mövsüm Ronaldo "Əl-Nasr"ın heyətində bütün turnirlərdə 26 oyun keçirib və 24 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.

Qeyd edək ki, qapıçı üç il (2003-cü ildən 2006-cı ilə kimi) portuqallarla "qırmızı şeytanlar"da çıxış edib.

Əlavə edək ki, Hovard 2020-ci ildə karyerasını başa vurub.O, karyerası ərzində 688 matçda iştirak edib







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb