24 oktyabr 2024. Cümə axşamı

Kərim Benzema Səudiyyə Ərəbistanında təhdidlər alır

“Əl-İttihad”ın hücumçusu Kərim Benzemanın vəkili Huques Vigier müştərisinin Səudiyyə Ərəbistanında təhdidlər aldığını bildirib.


  • Offside
  • 10:44 18.01.2024
  • Oxunma sayı: 88
Kərim Benzema Səudiyyə Ərəbistanında təhdidlər alır

“Əl-İttihad”ın hücumçusu Kərim Benzemanın vəkili Huques Vigier müştərisinin Səudiyyə Ərəbistanında təhdidlər aldığını bildirib.

90deqiqe.az xəbər verir ki, o, bunun Fransanın daxili işlər naziri Cerald Darmaninin hücumçunun terror təşkilatı ilə əlaqəsi olduğunu deməsindən sonra başladığını bildirib.

“Nazirin açıqlamalarının ciddi nəticələri var. Kərim Benzema təhdidlər alır. Nazirin terror təşkilatı ilə əlaqəsi olduğunu söylədikdən sonra işlədiyi Səudiyyə Ərəbistanında. O, nifrət mesajları alır”, - RMC Sport vəkilin sözlərindən sitat gətirir.

Daha əvvəl Benzema-nın Fransa Daxili İşlər Nazirliyinin rəhbərini məhkəməyə verdiyi bildirilirdi.

Xatırladaq ki, Benzema 2023-cü ilin yayında azad agent kimi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçmişdi. Bu mövsüm futbolçu "Əl-İttihad"ın heyətində bütün turnirlərdə 11 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb