24 oktyabr 2024. Cümə axşamı

“XƏZƏR BAKI” FUTBOL KLUBU - ARAŞDIRMA


  • Offside
  • 16:40 18.01.2024
  • Oxunma sayı: 275
“XƏZƏR BAKI” FUTBOL KLUBU - ARAŞDIRMA

2020-ci ildə fəaliyyətə başlayan “Xəzər Bakı” klubunun 3 yaş qrupu AFFA-nın U-9, U-11 və U -13 liqalarında mübarizə aparır. Adından da bəlli olduğu kimi, paytaxt Bakını təmsil edən kollektivdə uşaqların məşqi üçün əlverişli şəraitin yaradıldığına şahidlik etdik. Oyunlara hazırlığın suni ot örtüklü meydançada həyata keçirilməsinə baxmayaraq uşaqlara formalar, toplar və digər inventarların yetəri qədər paylandığını vurğulamaq lazımdır. Əsas çətinliklərinin sponspor tapmaq olduğunu qeyd edən komandanın prezidenti Novruz Mehdizadə klubun yarandığı zamandan bu günədək keçdiyi fəaliyyət dövründən bəhs edib.

"Pandemiya dövründə yaranmağımıza baxmayaraq, həmin zamandan etibarən çətinliklərimiz olsa da, uğurlarımızda göz ardı edilməməlidir. Hazırda əsas problemimiz sponsor olmamasıdır. Klubumuza müraciət hər zaman açıqdır. Hər bir valideyn istədiyi vaxt, "Feysbuk" və ya "İnstaqram" hesablarımıza qeydiyyat bağlı müraciət edə bilərlər "

Son bir neçə ildə uşaq futbolunda nəzərəçarpacaq irəliləyişlər müşahidə edilir. Yeni futbol məktəbləri və akademiyaların açılması,  infrastrukturların yenilənməsi deyilənlərə nümunədir. 2020-ci ildən fəaliyyət göstərən “Xəzər Bakı” klubu da qarşısına  daim inkişafda olan kollektiv yaratmaq məqsədi qoyub.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb