27 iyul 2024. Şənbə

“Avstraliya Open”də 5-ci gün


  • Offside
  • 17:11 18.01.2024
  • Oxunma sayı: 117
“Avstraliya Open”də 5-ci gün

“Avstraliya Open”in 5-ci günündə qadınların mübarizəsində maraqlı qarşılaşmalar keçirilib.

90deqiqe.az xəbər verir ki, İqa Şviontek amerikalı Daniel Kollinslə qarşı-qarşıya gəlib. Polşalı tennisçi qarşılaşmanı 2-1 (6-4, 3-6, 6-4) hesabıyla qələbəylə başa vurub. İqa növbəti mərhələdə 19 yaşlı Linda Noskovayla qarşılaşacaq.

Günün ən diqqətçəkən oyunlarından biri Yelena Rıbakina və Anna Blinkova arasında olub. Blinkova sürprizə imza ataraq dünya 3 nömrəsi Rıbakinanı mübarizədən kənarlaşdırıb. Tay-breykə gedən son set 22-20 bitib. 25 yaşlı rusiyalı 3-cü turda Jasmin Paoliniylə üz-üzə gələcək.







Offside