21 dekabr 2025. Bazar günü

Tarixin ən uzun tay-breyki


  • Offside
  • 18:59 18.01.2024
  • Oxunma sayı: 208
Tarixin ən uzun tay-breyki

Bir il öncə Arina Sabalenkaya uduzan qazaxıstanlı Yelena Rıbakinanın  Anna Blinkovayla görüşü əsl matç-triller olub.

90deqiqe.az xəbər verir ki, ilk seti Blinkova aktivinə yazdırıb.6:4. Toparlanan Qazaxıstan təmsilçisi eyni hesabla qazanaraq görüşü həlledici hissəyə aparıb.  Burada isə izləyicilər tarixi anlara şahidlik ediblər. Gərgin keçən setdə hər şey tay-breykdə həll olunub..Yarım saat davam edən tarixin ən uzun müddətli  qeydə alınıb. Sonluq Blinkovanın növbəti mərhələyə yüksəlişiylə başa çatıb. 

2 saat 47 dəqiqəlik oyundan qalib ayrılan Anna Blinkovanın növbəti raundda rəqibi İtaliyalı Casmin Paoloni olacaq.







Offside