27 iyul 2024. Şənbə

Rudiger Həbib və İbrahimoviçin birgə fotolarına görün nə yazdı - FOTOLAR

"Real Madrid"in müdafiəçisi Antonio Rudiger məşhur MMA döyüşçüsü, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun sosial şəbəkədə paylaşdığı fotoya münasibət bildirib.


  • Offside
  • 19:45 18.01.2024
  • Oxunma sayı: 107
Rudiger Həbib və İbrahimoviçin birgə fotolarına görün nə yazdı - FOTOLAR

"Real Madrid"in müdafiəçisi Antonio Rudiger məşhur MMA döyüşçüsü, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun sosial şəbəkədə paylaşdığı fotoya münasibət bildirib.

90deqiqe.az xəbər verir ki,  alman oyunçu, təcrübəli idmançının paylaşımında bunları qeyd edib.

"Qardaş, Bernabeuda nə vaxt?" - deyə, Rüdiger yazdı.

Qeyd edək ki, fotolarda Həbib məşhur isveçli futbolçu Zlatan İbrahimoviçlə görüntülənib. Onlar birlikdə A Seriyasının 20-ci turunun “Milan” – “Roma” matçında iştirak ediblər.

Xatırladaq ki, 2023-cü ilin yanvar ayının əvvəlində Khabib MMA sənayesini tərk etdiyini açıq şəkildə bildirmişdi. O, sosial şəbəkədə qarışıq döyüş sənətlərini tərk etdiyini bildirən paylaşımını yenidən yayımlayıb. Daha sonra Nurməhəmmədovun qayıdıb karyerasını davam etdirə biləcəyi barədə dəfələrlə məlumat yayılsa da, rusiyalı bu cür şayiələri təkzib edib.

30 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. O, bu mövsüm Madrid klubunun heyətində 26 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.







Offside