29 mart 2026. Bazar günü

Ronaldo daha bir bahalı avtomobil alıb


  • Offside
  • 09:49 19.01.2024
  • Oxunma sayı: 185
Ronaldo daha bir bahalı avtomobil alıb

90deqiqe.az xəbər verir ki, Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu yeni maşını ilə fotosunu paylaşıb.

39 yaşlı hücumçu sonuncu model “Ferrari Purosangue”yə sahib olub. Bu avtomobilin qiyməti 466 min avrodur.

Hücumçunun avtomobilləri arasında “Bugatti Chiron”, “Bugatti Veyron Grand”, “Ferrari Monza” və “McLaren Senna” kimi bahalı modellər də var.

Qeyd edək ki, Ronaldo ötən ilin dekabrında anası Doloreş Aveyroya ad günündə 72-90 min avro aralığında qiyməti olan “Porsche Cayenne” hədiyyə edib.







Offside