24 oktyabr 2024. Cümə axşamı

Arşavinlə Messini müqayisə etdi

Rusiya millisinin sabiq baş məşqçisi Qus Hiddink "Zenit" və "Arsenal"ın sabiq hücumçusu Andrey Arşavinlə hazırda "İnter Mayami"də çıxış edən argentinalı Lionel Messini müqayisə edib.


  • Offside
  • 12:59 19.01.2024
  • Oxunma sayı: 105
 Arşavinlə Messini müqayisə etdi

Rusiya millisinin sabiq baş məşqçisi Qus Hiddink "Zenit" və "Arsenal"ın sabiq hücumçusu Andrey Arşavinlə hazırda "İnter Mayami"də çıxış edən argentinalı Lionel Messini müqayisə edib.

90deqiqe.az xəbər verir ki, 77 yaşlı keçmiş çalışdırıcı Arşavinin rus Messisi olaraq adlandırıb.

"Əlbəttə deyə bilərəm ki, Arşavin rus Messidir! Bu, tamamilə düzgün müqayisədir. Onunla hər məşqdən və oyundan həzz alırdım. Andrey də Lionel kimi əsl və güclü şəxsiyyətdir!"

Xatırladaq ki, Arşavin 21-ci əsrdə ilin ən yaxşı futbolçusu üçün “Qızıl top” mükafatına namizəd olan yeganə rusiyalı oyunçudur. 2008-ci ildə yekun səsvermədə altıncı yeri tutdu.

Hiddink dörd il (2006-2010-cu illər) Rusiya millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında milli komanda 2008-ci il Avropa çempionatına vəsiqə qazanıb, burada yarımfinala yüksəlib və yarışda bürünc medal qazanıb. 25 dekabr 2008-ci ildə "bədən tərbiyəsi və idman sahəsində xidmətlərinə görə" Hiddink "Rusiyanın əməkdar məşqçisi" adına layiq görüldü.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb