21 dekabr 2025. Bazar günü

"Təəssüf ki, üstünlüyü son hissədə əldən verdik"

"Təəssüf ki, üstünlüyü son hissədə əldən verdik".


  • Offside
  • 20:03 19.01.2024
  • Oxunma sayı: 176
"Təəssüf ki, üstünlüyü son hissədə əldən verdik"

"Təəssüf ki, üstünlüyü son hissədə əldən verdik".

90deqiqe.az-ın məlumatına görə, bunu “Gəncə” komandasının baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının XI turunda “Xəzri”yə 89:96 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Klubun mətbuat xidmətinə fikirlərini bölüşən mütəxəssis növbəti matçlara daha yaxşı hazırlaşacaqlarını bildirib: “Gərgin, mübarizəli oyun oldu. Üçüncü periodda daha yaxşı oynadıq, hətta hesabda önə keçdik. "Sabah" ilə görüşdə də belə olmuşdu. Uşaqlar bu gün yaxşı çıxış etdilər. Amma bir oyunçumuzun zədələnməsi komandanın psixoloji durumunu pozdu. Növbəti matçlara daha yaxşı hazırlaşacağıq. Evdə daha bir güclü rəqiblə oyunumuz var. Ümid edirəm ki, növbəti matçda sonluq daha yaxşı olacaq".

Qeyd edək ki, hesabında 14 xal olan “Gəncə” turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.







Offside