- Offside
- 16:18 21.12.2025
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo çıxışı haqda danışıb.
90deqiqe.az-ın məlumatına görə, portuqaliyalı super ulduz bu mövsümün bombardiri olması ilə fəxr etdiyini bildirib.
"Bu mövsümün ən yaxşı bombardiri mən idim. Mən bununla fəxr edirəm. Və tezliklə 39 yaşım olacaq! İnsanların məndən yenidən şübhələnməsi və mənim uğur qazanmağım xoşuma gəlir.Tənqid mənə təsir etmir.2023-cü ildə Haaland və Mbappe kimi gənc canavar oyunçuları qabaqlayaraq ən yaxşı bombardir oldum”, – jurnalist Fabrizio Romano X sosial şəbəkəsində (keçmiş Twitter) Ronaldonun sözlərini sitat gətirir.
38 yaşlı Kriştiano Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında 18 matçda iştirak edib və bu matçlarda 20 qol vurub, 9 məhsuldar ötürmə edib. O, həmçinin Ərəb Çempion Klublar Kubokunda üç oyuna dörd qol vurub. O, həmçinin AFC Çempionlar Liqasının dörd oyununda üç qol vurub. Ümumilikdə Ronaldo 2023-cü ildə 53 qol vuraraq dünyanın ən çox qol vuran oyunçusu oldu. “Mançester Siti”nin hücumçusu Erlinq Haaland 50 qola imza atıb.