21 dekabr 2025. Bazar günü

2023-cü ilin ən yaxşı yarımmüdafiəçisi seçildi

"Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodriqo Hernandes "Globe Soccer Awards"a görə ən yaxşı yarımmüdafiəçi seçilib.


  • Offside
  • 20:57 19.01.2024
  • Oxunma sayı: 178
2023-cü ilin ən yaxşı yarımmüdafiəçisi seçildi

"Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodriqo Hernandes "Globe Soccer Awards"a görə ən yaxşı yarımmüdafiəçi seçilib.

90deqiqe.az xəbər verir ki, Rodri bu mükafat üçün rəqibləri olan Jude Bellinqhem (Real Madrid), Kevin De Bruyne (Mançester Siti), Luka Modriç (Real Madrid), Pedri (Barselona) və Bernardo Silvanı (Mançester Siti) qabaqlayıb.

Xatırladaq ki, Globe Soccer Awards-dan müxtəlif nominasiyalar üzrə qaliblər səsvermə yolu ilə müəyyən edilir. Bu mərasimi Avropa Klublar və Futbol Agentləri Assosiasiyası təşkil edir.

Daha əvvəl "Real Madrid"in yarımmüdafiəçisinin 2023-cü ilin ən yaxşı gənc oyunçusu seçildiyi açıqlanmışdı.

Ötən mövsüm Rodri bütün yarışlarda 56 matçda iştirak edib və bu matçlarda 4 qol vurub və 7 məhsuldar ötürmə edib. “Mançester Siti” ilə ispaniyalı İngiltərə çempionatı, İngiltərə kuboku, Çempionlar Liqası, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub. Rodri İspaniya millisi ilə Millətlər Liqasının qalibi olub.







Offside