27 iyul 2024. Şənbə

Ronaldo Maradona mükafatına layiq görüldü

“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo ikinci dəfə “Globe Soccer Awards” mükafatına layiq görülüb.


  • Offside
  • 21:19 19.01.2024
  • Oxunma sayı: 81
Ronaldo Maradona mükafatına layiq görüldü

“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo ikinci dəfə “Globe Soccer Awards” mükafatına layiq görülüb.

90deqiqe.az xəbər verir ki, superulduz  Yaxın Şərqin ən yaxşı oyunçusu oldu və həmçinin 2023-cü ilin bombardiri kimi Maradona mükafatını alıb.

Səudiyyə Ərəbistanı Pro Liqasının cari mövsümündə 38 yaşlı Kriştiano Ronaldo 18 oyun keçirib, bu oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun həmçinin Ərəb Çempionlar Klublar Kubokunda üç oyunu və dörd qolu var. Bundan əlavə, o, AFC Çempionlar Liqasının dörd oyununda üç qol vurub. Ümumilikdə Ronaldo 2023-cü ildə 54 qol vuraraq dünyanın ən çox qol vuran oyunçusu olub. “Mançester Siti”nin hücumçusu Erlinq Haaland 50 qola imza atıb.







Offside