27 iyul 2024. Şənbə

Bellinqhem ilin ən yaxşı gənc oyunçusu seçildi

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqhem Globe Soccer Awards tərəfindən keçən ilin ən yaxşı gənc oyunçusu seçilib.


  • Offside
  • 21:41 19.01.2024
  • Oxunma sayı: 97
Bellinqhem ilin ən yaxşı gənc oyunçusu seçildi

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqhem Globe Soccer Awards tərəfindən keçən ilin ən yaxşı gənc oyunçusu seçilib.

90deqiqe.az xəbər verir ki, Avropa Klublar və Futbol Agentləri Assosiasiyası tərəfindən keçirilən mərasimdə ingilis futbolçu bu mükafat uğrunda Səud Əbdül Həmid (Əl-Hilal), Firas Albirakan (Əl-Əhli, Ciddə), Moises Kaysedo, Enzo Fernandez (hər ikisi “Çelsi”), Ömər Fayed (“Novi Pazar”), Qavi, Lamin Yamal (hər ikisi “Barselona”) , Arda Gülər ​​(Real Madrid) və Coşko Qvardiolu (Mançester Siti) qabaqlayıb.

Qeyd edək ki, 20 yaşlı futbolçu 2023-cü ilin yayında Dortmund "Borussiya"sından "Real"a keçib.Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. O, bu mövsüm "kral klubu"nun heyətində 25 matçda iştirak edib, 17  qol vurub və 7 məhsuldar ötürmə edib.







Offside