- Offside
- 13:25 24.11.2024
CSKA Moskvanın keçmiş basketbolçusu , hazırda Yunanıstanın "Olimpiakos"unda çıxış edən Nikola Milutinov Avroliqa tərəfindən Avropa çempionatının 22-ci turunun ən yaxşı oyunçusu kimi tanınıb.
90deqiqe.az xəbər verir ki, İsrailin "Makkabi Tel-Əviv" klubu ilə matçda serbiyalı mərkəz 20 xal və 20 ribaund toplayıb və bununla da dubl-dabla imza atıb.
Eyni zamanda, Milutinov toplanan ribaundların sayına görə şəxsi karyera rekordunu qoydu. Əvvəllər basketbolçu 19 ribaund toplaya bilib.
Xatırladaq ki, “Olimpiakos” sonda Təl-Əviv “Makkabi”sini 89:72 hesabı ilə məğlub edib. Yunanıstan klubu hazırda turnirin müntəzəm mövsümündə 12 qələbə və 10 məğlubiyyətlə Avroliqanın turnir cədvəlində altıncı yerdədir.