- Offside
- 13:25 24.11.2024
Amerikanın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi və portuqaliyalı "Benfika"nın yarımmüdafiəçisi Anxel Di Mariya 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək istəyir.
90deqiqe.az xəbər verir ki, bu barədə DSports məlumat yayıb.
Mənbənin sözlərinə görə, Argentina Futbol Federasiyası futbolçuların milli komandanın tərkibində Parisdə olması üçün lazımi maddi-texniki təchizat üzərində işləyir. Texniki komitə hər iki futbolçunu Argentinanın U23 millisinin yoldaşlıq oyunları keçirə biləcəyi Asiya turuna dəvət etməyi planlaşdırır. Lionel Messi və Anxel Di MariYanın da gənclər komandası ilə məşqdə iştirak etmə ehtimalının olduğu bildirilir.
Qeyd edək ki, hər iki oyunçu artıq 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb.