7 fevral 2026. Şənbə

XXI əsrdə ən çox qol vurmuş afrikalı futbolçular - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox qol vurmuş afrikalı oyunçuların siyahısını açıqlayıb.


  • Offside
  • 12:52 21.01.2024
  • Oxunma sayı: 162
XXI əsrdə ən çox qol vurmuş afrikalı futbolçular  - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox qol vurmuş afrikalı oyunçuların siyahısını açıqlayıb.

90deqiqe.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya kamerunlu Samuel Etoo başçılıq edir.

42 yaşlı keçmiş hücumçu XXI əsrdə 410 dəfə rəqib qapılarına yol tapıb. Didye Droqba (Fil Dişi Sahili) 339 qolla ikinci, hazırda Fransanın "Marsel" klubunda çıxış edən Pyerr-Emerik Obameyanq (Qabon) 336 qolla üçüncü yerdədir.

İngiltərənin "Liverpul"unun forvardə Məhəmməd Salah (Misir) isə 334 dəfə fərqlənib.

Eto futbola 1996-cı ildə "Kadji Sports"da başlayıb və 2019-cu ildə Qətərin "Doha" klubunda çıxış edib və karyerasını başa vurub.O, karyerası ərzində ümumillikdə 728 matçda iştirak edib, 364 qol vurub və 118 məhsuldar ötürmə edib.2021-ci ildə isə Kamerun Futbol Federasiyasının prezidenti seçilib.







Offside