24 oktyabr 2024. Cümə axşamı

Ronaldo "İnter Mayami"yə qarşı oynamaya bilər

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Argentina millisinin hücumçusu Lionel Messinin başçılıq etdiyi “İnter Mayami” komandası ilə yoldaşlıq görüşünü buraxa bilər.


  • Offside
  • 13:48 21.01.2024
  • Oxunma sayı: 87
Ronaldo "İnter Mayami"yə qarşı oynamaya bilər

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Argentina millisinin hücumçusu Lionel Messinin başçılıq etdiyi “İnter Mayami” komandası ilə yoldaşlıq görüşünü buraxa bilər.

90deqiqe.az-ın məlumatına görə, buna səbəb portuqaliyalıya baldır əzələsinin zədələnməsi diaqnozu qoyulması olub. 38 yaşlı futbolçunun bərpa müddətinin bir neçə həftə çəkəcəyi bildirilib.

Qeyd edək ki, "Əl Nəsr" - "İnter Mayami" matçı fevralın 1-nə planlaşdırılıb.

Messi Mayami klubu ilə bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib, 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

38 yaşlı Kriştiano Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında 25 matçda iştirak edib və bu matçlarda 24 qol vurub, 11 məhsuldar ötürmə edib. 







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb