24 oktyabr 2024. Cümə axşamı

Çempionatın səviyyəsinə görə çox qol vururam? - Ronaldo

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yüksək çıxışının Səudiyyə Ərəbistanı çempionatının aşağı səviyyədə olması ilə bağlı olduğu fikrinə münasibət bildirib.


  • Offside
  • 14:21 21.01.2024
  • Oxunma sayı: 118
Çempionatın səviyyəsinə görə çox qol vururam? - Ronaldo

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yüksək çıxışının Səudiyyə Ərəbistanı çempionatının aşağı səviyyədə olması ilə bağlı olduğu fikrinə münasibət bildirib.

90deqiqe.az-ın məlumatına görə, superulduz bunu belə izah edib.

“Bir il ərzində 54 qol vurdum, amma bəziləri deyəcəklər ki, Səudiyyə Ərəbistanında oynayıram, çünki mənim üçün başqalarından daha asandır.Amma futbol peşəkarları Səudiyyə Ərəbistanı, İtaliya, İspaniya və ya Portuqaliyaya qol vurmağın nə qədər çətin olduğunu bilirlər. Qol, qoldur. Bəli, həqiqətən fəxr edirəm ki, bu göstəricidə Haaland, Mbappe və Keyni ötdüm”, - Ronaldonun sözlərini “Record” sitat gətirir.

Xatırladaq ki, 38 yaşlı hücumçu 54 qol vuraraq 2023-cü ilin bombardiri olub.

Bu mövsüm Ronaldo bütün turnirlərdə 25 matçda iştirak edib, 24 qol vurub, 11 məhsuldar ötürmə edib.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb