27 iyul 2024. Şənbə

Ronaldo gələcək karyerası ilə bağlı danışdı

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyini və peşəkar futbolçu karyerasının başladığı kluba qayıtmağı planlaşdırmadığını bildirib.


  • Offside
  • 16:07 21.01.2024
  • Oxunma sayı: 98
Ronaldo gələcək karyerası ilə bağlı danışdı

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyini və peşəkar futbolçu karyerasının başladığı kluba qayıtmağı planlaşdırmadığını bildirib.

90deqiqe.az-ın məlumatına görə,38 yaşlı superulduz Portuqaliyaya qayıtmayacağını bildirib.

"Səudiyyə Ərəbistanında özümü xoşbəxt hiss edirəm. Burada mənə yaxşı münasibət bəsləyirlər, liqanın böyük potensialı var və çoxlarının buna inanmamasına baxmayaraq, böyüməkdə davam edir. Portuqaliya çempionatına qayıtmağın mənası yoxdur. Bir neçə gündən sonra 39 yaşım tamam olacaq və mövsümün qalan hissəsini və daha bir ili “Əl Nəsr”də keçirəcəyəm. 40 yaşım tamam olanda nə olacağını görəcəyik. Bundan sonra hər şey yaxşı olsa, 41 yaşıma qədər oynayacam, bəlkə də 42 yaşıma qədər, bilmirəm. Amma Portuqaliyada oynamaq ehtimalından söhbət gedə bilməz"

Bu mövsüm Ronaldo bütün turnirlərdə 25 matçda iştirak edib, 24 qol vurub, 11 məhsuldar ötürmə edib.







Offside